"Azəristiliktəchizat" 26 min manatlıq sifariş verdi

"Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 3 ünvanında yerləşən 6 saylı Rayon İstilik Qazanxanasının ərazisində köməkçi tikilinin layihələndirilməsinin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "Məkan-İnşaat" MMC olub.

Məlumata görə, qalib şirkətə 25.999,99 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə