Malayziyada yarımtikili bina uçub, ölənlər və yaralılar var

Malayziyanın Penanq ştatında tikilməkdə olan bina uçub.

E-huquq.az “The Straits Times” qəzetinə istinadən xəbər verir ki, binanın uçması nəticəsində 3 fəhlə ölüb, 2-i isə ağır yaralanıb.

Vilayətin polis rəsmisi Muhammed Usuf Jan Muhammed tikintidə Banqladeş vətəndaşı olan 18 işçinin olduğunu söyləyib.

Onun sözlərinə görə, çökən binanın altında 9 nəfər qalıb. Ağır yaralanan 2 işçi xəstəxanaya aparılıb. Axtarış-xilasetmə işləri davam edir.

Şəbnəm Mehdizadə