- 17:59 | 29.11.2023
- Məhkəmə
Azərbaycan Respublikasının Ali Məhkəməsində Misir Ərəb Respublikasının Dövlət Şurasının (Ali İnzibati Məhkəməsi) nümayəndə heyəti ilə görüş keçirilib.
E-huquq.az xəbər verir ki, görüşdə qonaqlara ölkəmizin məhkəmə sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlər və Ali Məhkəmənin fəaliyyəti barədə ətraflı məlumat verilib. Azərbaycan və Misirin məhkəmə-hüquq sahəsində münasibətlərinin daha da genişlənməsi üçün imkanların olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında müzakirələr aparılıb.
Sonda qonaqlar Ali Məhkəmənin inzibati binası ilə tanış olublar.