Milli Məclisin plenar iclası başladı

Milli Məclisin payız sessiyası üzrə növbəti plenar iclası başlayıb.

E-huquq.az xəbər verir ki, Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyinə 22 məsələnin müzakirəsi daxil edilib.

Həmin məsələlər aşağıdakılardır:

1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

3. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

4. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” qanun layihəsi (üçüncü oxunuş)

5. “Azərbaycan Respublikasında 2024-cü il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi (üçüncü oxunuş)

6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

7. Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

8. “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

9. “Sığorta fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

10. “Banklar haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

11. “Sosial sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

12. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

13. Milli Məclisin 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi

14. Hesablama Palatasının 2024-cü il üçün xərclər smetası haqqında Milli Məclisin qərar layihəsi

15. “18 iyun 1997-ci il tarixli Azərbaycan Hökuməti ilə Özbəkistan Hökuməti arasında Azərbaycan və Özbəkistan vətəndaşlarının vizasız gediş-gəlişi haqqında Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsi

16. “ Ağdərə rayonunun yaradılması haqqında” qanun layihəsi

17. “Ağdam, Cəbrayıl, Füzuli, Xocalı, Xocavənd, Qubadlı, Laçın və Şuşa rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” qanun layihəsi

18. “Tibbi sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi

19. İnzibati Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)

20. “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

21. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” 2023-cü il 14 iyul tarixli 987-VIQ nömrəli qanunun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

22. “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)