- 20:55 | 07.12.2023
- Dünya
“Rusiya ilə İran arasında qarşılıqlı əlaqələr son bir neçə ildə yaxşı inkişaf edir”.
E-huquq.az xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı deyib.
“Biz tərəqqi və inkişafa nail olmuşuq. Hesab edirəm ki, bugünkü danışıqlar ölkələrimizin potensial imkanlarının reallaşdırılması üçün yeni əlverişli şəraitin yaradılmasına kömək edə bilər”, - o bildirib.
O, Rusiya ilə İranın energetika, kənd təsərrüfatı, təhsil sahələrində əməkdaşlıq etdiyini, həmçinin universitetlər arasında mübadilə aparıldığını da qeyd edib.
“Bütün bu sahələr üzrə, əlbəttə ki, keyfiyyətli addımlar atıla bilər, bu, ölkələrimizin və xalqlarımızın mənafeyinə uyğun olacaq”, - İ.Raisi əlavə edib.
***
Moskva ilə Tehran arasında ticarət dövriyyəsi təxminən 5 milyard ABŞ dollarına çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin bu gün iranlı həmkarı İbrahim Rəisi ilə danışıqlarda bildirib.
“Ötən il ticarət dövriyyəsi 20% artaraq yaxşı nəticələr əldə edib. Ticarət dövriyyəmiz 5 milyard dollar təşkil edib”, - o deyib.
Rusiya Prezidenti, həmçinin iranlı həmkarını Fələstindəki vəziyyəti müzakirə etməyə çağırıb.
“Əlbəttə, bizim üçün regiondakı vəziyyətlə bağlı fikir mübadiləsi aparmaq çox vacibdir. Xüsusilə Fələstindəki vəziyyət ilə bağlı danışmaq vacibdir”, - Rusiya lideri Rəisiyə müraciət edərək söyləyib.
***
Rusiya və İran prezidentləri Vladimir Putin və İbrahim Rəisi arasında görüş başlayıb.
E-huquq.az xəbər verir ki, Putin-Rəisi danışıqları Kremldə keçirilir.
Prezidentlər əvvəl təkbətək görüşüblər. Daha sonra isə danışıqlar nümayəndə heyətlərinin iştirakı ilə davam etdiriləcək.