- 12:00 | 08.12.2023
- Məhkəmə
Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə "Azərlizinq" Şirkətinə cərimə protokolu yazılıb.
E-huquq.az-ın məlumatına görə, şirkət barədə müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib olunub.
Protokol baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib. İşə hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, bu xətaya görə şirkət üç min manatdan beş min manatadək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə