- 17:03 | 08.12.2023
- Digər
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Vaqif oğlu Əliyev vəzifəsindən azad edilib.
E-huquq.az xəbər verir ki, dekabrın 8-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, Tapdıq Əliyev bu vəzifəyə 14 may 2019-cu ildə təyin olunmuşdu.