- 17:35 | 08.12.2023
- Dünya
ABŞ-da salmonella epidemiyasından 3 nəfər vəfat edib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumat yayıb.
Məlumata görə, noyabr ayının ortalarından bəri 38 ştatda 230 nəfər salmonella virusuna yoluxub. Onlardan 96-ı xəstəxanaya yerləşdirilib. Xəstələrdən 3-ü dünyasını dəyişib.
Qeyd edək ki, Salmonellanın simptomlarına ishal, ürəkbulanma, qusma və qızdırma daxildir. Əksər hallarda simptomlar bir neçə gün ərzində yox olsa da, gənc və immun sistemi zəif olan şəxslərdə ağırlaşma halları yaşanır.
Şəbnəm Mehdizadə