- 17:32 | 08.12.2023
- Məhkəmə
Masallıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Sakit Rəhimovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Masallı Rayon Məhkəməsinə göndərilib.
İş hakim Habil Bəhmənovun icraatına verilib. Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, hadisə rayonun Yeddioymaq kəndi ərazisində qeydə alınıb. Belə ki, 1959-cu il təvəllüdlü Sakit Rəhimov idarə etdiyi “Hyundai Azero” markalı avtomobillə 1958-ci il təvəllüdlü Xanağa Abdullayevi vurub. Piyada aldığı xəsarətdən xəstəxanaya yerləşdirilsə də, orada ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-cü maddəsi ilə ittiham irəli sürülüb.
Şəbnəm Mehdizadə