Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın başlama vaxtı açıqlandı

2024-cü il yanvarın 15-dən növbədənkənar Prezident seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılmasına başlanılacaq.

E-huquq.az xəbər verir ki, bu, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında təsdiqlənən növbədənkənar Prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim planında əskini tapıb.

Qeyd edilib ki, proses fevralın 6-sı saat 8.00-da dayandırılacaq.