- 15 yanvar 09:35
- Maarifləndirmə
"Bəzən istəmədiyiniz halda əmək haqqınızdan pul tutulur və siz buna narazılıq edirsiniz. Məsələn, banka borcunuz var, məhkəmə qətnaməsi əsasında əmək haqqınızdan pul tutulur. Çünki banka borcunuzu birdəfəlik ödəyə bilmirsiniz. Yaxud aliment ödənişinin alınması üçün əmək haqqınızdan pul tutulur. Ümumiyyətlə, əmək haqqından pul tutulan zaman hansı hissədə pul tutula bilər? Tam tutulmaya yol verilirmi? Təbii ki, bunun üçün ilk növbədə məhkəmə qətnaməsi olmalıdır. Bundan sonra qətnaməni icra edən icra məmuru işlədiyiniz iş yerinə sərəncam göndərir və pulun tutulmasını tələb edir. Belə hallarda borc məbləği qurtaranadək iş yerində əmək haqqınızdan tutulma həyata keçiriləcək".
E-huquq.az xəbər verir ki, bunu vəkil Vamiq Şükürov deyib.
"Sizin razılığınız olmadan vergilər və sosial sığorta haqları əmək haqqınızdan tutulur", - deyə vəkil qeyd edib.
V.Şükürov əmək haqqından pul tutula biləcəyi halları açıqlayıb:
"- İş yerinə ziyan vurmusunuzsa, ziyan bir aylıq əmək haqqınızın məbləğindən artıq deyilsə, əmək haqqınızdan pul tutula bilər.
- Məzuniyyətə çıxmısınız, məzuniyyət haqqı almısınız, amma bir il işləməmisiniz. Buna görə də artıq ödənilmiş məzuniyyət pulu sizin əmək haqqınızdan tutula bilər.
- İş yerindən kənara verilmiş tapşırığın icrası üçün getminiz, amma ezamiyyət pulundan qalmış pulu xərcləmisiniz. Belə halda əmək haqqınızdan tutulmaya icazə verilir".
Vəkil onu da bldirib ki, əmək haqqının az və ya çox olmasından asılı olmayaraq 50%-dən artıq pul tutula bilməz.
Həmçinin qeyd edib ki, aliment ödənişləri üçün 70%-dək məbləğində tutulmaya yol verilir.
Şəbnəm Mehdizadə