Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi parlamentin plenar iclasına tövsiyə edildi

“Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında” məslə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

E-huquq.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən videokonfrans formatında iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra sənəd plenar iclasa tövsiyə olunub.