ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır

ABŞ fevralın 23-də Rusiyaya qarşı yeni sanksiyalar paketini elan etməyi planlaşdırır.

E-huquq.az xəbər verir ki, bu barədə ABŞ-ın milli təhlükəsizlik üzrə kommunikasiyalar üzrə müşaviri Con Kirbi bildirib.

Onun sözlərinə görə, yeni paket Aleksey Navalnının ölümü ilə əlaqədar baş verənlərə reaksiyadır.

Qeyd edək ki, fevralın 16-da 3 saylı cəzaçəkmə müəssisəsində məhkum Aleksey Navalnı gəzintidən sonra özünü pis hiss edərək demək olar ki, dərhal huşunu itirib. Müəssisənin tibb işçiləri dərhal hadisə yerinə gəlib, təcili tibbi yardım briqadası çağırılıb.

Zəruri bütün reanimasiya tədbirləri görülüb, lakin heç bir müsbət nəticə verməyib. Təcili tibbi yardım həkimləri məhkumun öldüyünü təsdiqləyib.