- 11:31 | 21.02.2024
- Məhkəmə
Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Yavər Rəşidova hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, bu barədə hökm Xətai Rayon Məhkəməsində Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən iclasda oxunub.
Hökmə əsasən, Y.Rəşidov Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən il mart ayının 16-da Xətai rayonu ərazisində qeydə alınıb. Belə ki, Yavər Rəşidov "Hyundai" markalı yük avtomobilini Gəncə prospektində yerləşən "Fəridə" şadlıq sarayının həyətində arxaya doğru idarə edərkən piyada Tağılı İlqar Bəhram oğlunu vurub. Piyada aldığı xəsarətlərdən 27 mart 2023-cü il tarixdə 3 saylı şəhər kliniki xəstəxanasında ölüb.
Şəbnəm Mehdizadə