- 17:40 | 21.02.2024
- Məhkəmə
"Bakı Tekstil Fabriki" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, fabrik barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə inzibati protokol tərtib olunub.
İşə Nəsimi Rayon Məhkəməsində hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Bakı Tekstil Fabriki" inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilə bilər.
Şəbnəm Mehdizadə