Kamran İmranov: "Erməni yalanları ifşa olunmalıdır"

"Erməni saxtakarlığı bu gün də davam edir".

E-huquq.az xəbər verir ki, bunu Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmranov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, erməni yalanları ifşa olunmalıdır: "Hansısa xalq qonşularına ərazi iddiaları irəli sürürsə, bu ona məxsus olmayan torpaqlarda digər xalqın mədəni və qeyri-mədəni irsini mənimsəməsi deməkdir. Bu o deməkdir ki, biz onların yalanlarına cavab verməliyik. Erməni yalanları cavabsız qalmamalıdır, ifşa olunmalıdır".

Şəbnəm Mehdizadə