- 16:10 | 26.02.2024
- Məhkəmə
Samuxda tanışını öldürməkdə təqsirləndirilən Eltac Çələbiyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
E-huquq.az xəbər verir ki, toplanan cinayət işi materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Mikayıl Məmmədzadənin sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası martın 6-na təyin olunub.
Qeyd edək ki, 2001-ci il təvəllüdlü Çələbiyev Eltac Xuday oğlu Samux rayonu Burunqovaq kəndi ərazisində şəxsi münasibətlər zəminində 1986-cı il təvəllüdlü Abbasov Muraz Rəhim oğlunu öldürməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb. polis polisə məlumat daxil olub.
Şəbnəm Mehdizadə