- 03 mart 17:58
- Dünya
Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ-a səfər edəcək.
E-huquq.az xəbər verir ki, bu barədə, o, Antalya Diplomatiya Forumunun qapanış mərasimində çıxışı zamanı bildirib.
"Gələn həftə həmkarım, dövlət katibi Antoni Blinkenin dəvəti ilə ABŞ-a səfər planlaşdırılır”, - deyə Fidan bildirib.
O qeyd edib ki, səfər çərçivəsində iki ölkə arasında təsis edilmiş Strateji Mexanizm platformasının fəaliyyəti və digər beynəlxalq məsələlər müzakirə ediləcək.