- 14:57 | 04.03.2024
- Dünya
Türkiyənin Kahramanmaraş şəhərində güclü zəlzələ baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Məlumata görə, Kahramanmaraşın Elbistan rayonunda 4,4 bal gücündə zəlzələ olub.
Zəlzələnin yerin 7 kilometr dərinliyində qeydə alındığı bildirilib.
Zəlzələ nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.
Şəbnəm Mehdizadə