Qazaxıstanda daşqınlar nəticəsində 1500 evi su basıb

Qazaxıstanda sel nəticəsində 1500-ə yaxın ev su altında qalıb.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Baş Nazirliyi məlumat yayıb.

Məlumata görə, ölkənin 5 vilayətində qarın qəfil əriməsi nəticəsində güclü daşqınlar olub.

İndiyədək 15 min 786 nəfər təxliyə edilib.

Gediş-gəlişin kəsildiyi 50 kəndə vertolyotlarla qida və dərman göndərilir.

Su təsərrüfatı və suvarma naziri Nurcan Nurcigitov bildirib ki, qar suları ölkədə iri bəndləri doldurub.

Şəbnəm Mehdizadə