- 10:29 | 03.04.2024
- Vəkillik
"Bizim planımız ondan ibarətdir ki, gələn ildən bütün orderlər elektron qaydada olsun".
E-huquq.az xəbər verir ki, bunu Vəkillər kollegiyasının sədri Anar Bağırov "Elektron vəkil orderi" və digər elektron xidmətlərin ictimaiyyətə təqdimatı zamanı deyib.
O bildirib ki, “Elektron vəkil orderi"nin tətbiqi ilə ilk növbədə şəffaflıq yaradılacaq.
"Bildiyiniz kimi, uzun illər order kağız daşıyıcı üzərindən təqdim olunub. Hazırda bizim üçün gündəmdə olan əsas məsələlərdən biri "Elektron vəkil orderi"nin tətbiqidir. Bu həm də dövlət qurumlarının işinə töhfə verəcək. Çünki dövlət qurumlarında da hazırda sənədləşmə elektron qaydada aparılır", - deyə sədr qeyd edib.
Şəbnəm Mehdizadə