"Bakı Metropoliteni" 280 min manatlıq sifariş verdi

"Bakı Metropoliteni" QSC-nin qurum üçün tələb olunan məsaməli hörgü bloku və yapışdırıcısının satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

E-huquq.az xəbər verir ki, tenderin qalibi "AAC" MMC olub.

Məlumata görə, qalib şirkətə 279.660 manat vəsait ödəniləcək.

Şəbnəm Mehdizadə