- 19 aprel 15:49
- Məhkəmə
İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyanın (Ermənistan Azərbaycana qarşı) tətbiqi ilə bağlı iş üzrə Azərbaycanın Beynəlxalq Ədalət Məhkəməsində qaldırdığı ilkin etirazlara dair ictimai dinləmələr bu gün başa çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə Beynəlxalq Ədalət Məhkəməsi məlumat yayıb.
Məlumata görə, Azərbaycanın məhkəmədən tələbləri aşağıdakılardır:
- Ermənistanın CERD-nin 22-ci maddəsində tələb olunan danışıqlar üçün ilkin şərtə əməl etmədiyinə görə onun iddialarının heç birinin məhkəmə qarşısında lazımi səviyyədə olmadığını əsas gətirərək Ermənistanın müraciətini tam şəkildə rədd etmək;
- Əlavə və ya alternativ olaraq, Ermənistanın Azərbaycan tərəfindən öz öhdəliklərini pozması ilə bağlı iddiaları üzrə Məhkəmənin mövzu baxımından yurisdiksiyasının olmadığını bəyan etmək.
Qeyd edilib ki, məhkəmə indi müzakirəyə başlayacaq.
Azərbaycanın ilkin etirazları ilə bağlı məhkəmə qərarının açıqlanacağı iclasın tarixi növbəti günlərdə elan ediləcək.