- 18:25 | 19.04.2024
- Məhkəmə
"Buta Farm" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər verir ki, apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 602.1-ci (Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan yoxlamanın aparılması) maddəsi ilə inzibati protokol tərtib olunub və baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.
Protokol hakim Rauf Daşdəmirovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, İXM-nin bu maddəsinə əsasən vəzifəli şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.
Şəbnəm Mehdizadə