- 14:26 | 21.04.2024
- Sosial
Dövlət İmtahan Mərkəzi (DİM) bu gün Naxçıvanda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirib.
E-huquq.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında təşkil olunan imtahanlar 17 binada təşkil olunub.
Qeyd edilir ki, imtahanlarda 4 607 şagird iştirak edib. İmtahanlarda ümumilikdə 59 imtahan rəhbəri, 458 nəzarətçi cəlb olunub, 384 zal ayrılıb.