Ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən sürücü hakim qarşısına çıxarılır

Ağdaşda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Mürsəl Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Ağdaş şəhəri ərazisində baş verib. Belə ki, Mürsəl Əliyev “VAZ-2104” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək əvvəlcə ağaca, daha sonra yolun kənarında dayanan yük avtomobilinə çırpılıb. Müxtəlif bədən xəsarətləri alan avtomobildəki sərnişin, 1981-ci il təvəllüdlü Qəhrəmanov Ceyhun Vəli oğlu hadisə yerində ölüb. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə