Polşada mədən çöküb: 3 nəfər ölüb, 12 nəfər yaralanıb

Polşada mədənin çökməsi nəticəsində 3 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Polşanın Krakov şəhərinin qərbində Myslowice-Wesola kömür mədənində baş verib.

Mədəni idarə edən “Polşa Mining Group” şirkətinin sözçülərindən biri Aleksandra Siembiqa 15 işçinin olduğu şaxtanın çökməsi ilə bağlı açıqlama verib.

O. axtarış-xilasetmə qruplarının 12 şaxtaçının xilas edildiyini, 3 nəfərin cəsədinin tapıldığını söyləyib.

Hadisənin baş vermə səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, sözügedən mədəndə daha əvvəl aprelin 17-də çökmə baş verib, nəticədə bir şaxtaçı ölüb.

Şəbnəm Mehdizadə