- 12:26 | 24.05.2024
- Məhkəmə
"Vita Aptekləri" MMC-yə cərimə protokolu yazılıb.
E-huquq.az xəbər veri ki, apteklər şəbəkəsi barəsində İnzibati Xətalar Məcəlləsinin 452.3-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
İşə hakim Solmaz Mustafayevanın sədrliyi ilə baxılacaq.
Protokol təsdiq olunarsa, "Vita Aptekləri" min manatdan iki min manatadək məbləğdə cərimə edilə bilər.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.
Şəbnəm Mehdizadə