Sumqayıtda 72 yaşlı qadının ölümünə səbəb olan sürücü ilə bağlı qərar veriləcək

Sumqayıtda ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Həsrət Cəfərquliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

E-huquq.az-ın məlumatına görə, iş üzrə toplanmış materiallar baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

Hakim Samir İsmayılovun sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində baş verib. Cəfərquliyev Həsrət Qənimət oğlu idarə etdiyi "Volqa" markalı avtomobillə 72 yaşlı Hümbətova Minayə Bərkməndər qızını vurub. Qadın aldığı xəsarətlərdən xəstəxanada keçinib. Sürücüyə qarşı Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham irəli sürülüb.

Şəbnəm Mehdizadə