- 22:19 | 24.05.2024
- Vəkillik
"2017-ci ildən başlayaraq Azərbaycan vəkilliyinin inkişafı üçün ardıcıl işlər görülür. Bu tədbirlərdən biri də yeni vəkil bürolarının açılmasıdır".
Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Vüqar Babayev "Güvən" Vəkil Bürosunun müdiri seçilməsi ilə əlaqədar danışarkən deyib.
O bildirib ki, vəkil büroların maddi-texniki bazası gücləndirilir: "Burada vəkillər öz fəaliyyətlərini qanunvericiliyə uyğun olaraq həyata keçirirlər. Bu da vətəndaşların hüquqlarının etibarlı müdafiəsində çox önəmli rol oynayır. Belə bürolardan biri də 2 il öncə yaradılan "Güvən" Vəkil Bürosudur. Büro 20-ə yaxın üzvü ilə Kollegiyanın strategiyasına uyğun çox uğurlu fəaliyyət göstərir. Büronun müdiri kimi mən də çalışacağam ki, öz fəaliyyətimi Vəkillər Kollegiyası Rəyasət Heyətinin müəyyən etdiyi kursa uyğun olaraq davam etdirim və büronun müasir tələblərə uyğun inkişafına töhfə verim".
Xəyalə Bünyatova