- 12:16 | 26.05.2024
- Digər
Prezident İlham Əliyevin imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin iki saylı Cəzaçəkmə Müəssisəsində icra olunub.
E-huquq.az xəbər verir ki, bu cəzaçəkmə müəssisəsində sərəncam səkkiz nəfərə şamil olunub.
İnsan Hüquqları üzrə Müvəkkilli (Ombudsman) Səbinə Əliyeva və Sosial Tədqiqatlar Mərkəzinin (STM) İdarə Heyətinin sədri, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc 3 məhkuma arayışlar təqdim etdikdən sonra onlar azadlığa buraxılıblar.
Xatırladaq ki, ümumilikdə əfv sərəncamı 154 nəfərə şamil edilib.