Türkiyədə toyda atəşfəşanlıq zamanı 5 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərində toyda atəşfəşanlıq zamanı 5 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Diyarbəkirin Silvan rayonunda toy zamanı evin damından atılan fişənglər partlayışa səbəb olub.

Nəticədə 5 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Əraziyə təcili yardım və jandarma qrupları göndərilib.

Yaralılar Dr. Yusuf Əzizoğlu Silvan Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə