Milli Məclisin sabiq deputatı vəfat etdi

Milli Məclisin sabiq deputatı Mirkazım Kazımov vəfat edib.

E-huquq.az xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkələrdə məlumat yayıb.

Bildirilib ki, M.Kazımov doğulduğu Cəlilabad rayonunun Hasıllı kəndində dəfn ediləcək.

Qeyd edək ki, Milli Məclisin ikinci çağırış deputatlarından olan M.Kazımov 1950-ci ildə Cəlilabad rayonunda anadan olub. Uzun illər YAP-da müxtəlif vəzifələr tutan M.Kazımov, həm də “Qasid” ASC-nin sədri olub.