- 10:55 | 20.06.2024
- Dünya
Türkiyənin Ağrı və Batman şəhərlərində 5 terrorçu zərərsizləşdirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Ali Yerlikaya məlumat verib.
Nazir Ağrı və Batman Jandarma Komandanlıqları tərəfindən kənd ərazilərində adlı “Bozdoğan-43” əməliyyat keçirildiyini bildirib.
Yerlikaya qırmızı və narıncı kateqoriyada olan terrorçuların silahlı qarşıdurma zamanı silahları ilə birgə zərərsizləşdirildiyini qeyd edib.
"Şəhidlərimizin qanı yerdə qalmayacaq, son terrorçunu məhv edənə qədər dayanmayacağıq" - deyə nazir əlavə edib.
Şəbnəm Mehdizadə