- 12:04 | 12.07.2024
- Dünya
Türkiyənin Kütahya şəhərində 25 şagird qidadan zəhərlənib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Kütahyanın Tavşanlı rayonunda yay məktəbində təhsil alan şagirdlərin günorta yeməyindən sonra halı pisləşib.
Şagirdlər Tavşanlı Dövlət Xəstəxanasına aparılıb.
Müayinə və müalicədən sonra zərərçəkmişlər evə buraxılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə