İraqın şimalında 9 terrorçu zərərsizləşdirilib

Türkiyə ordusu İraqın şimalında Hakurk, Qara və “Pəncə-Kilid” əməliyyat bölgələrində 9 PKK terrorçusunu zərərsizləşdirib.

E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

“Terrorla mübarizəmiz ölkə daixlində və sərhədyanı bölgələrdə davam edir. Harada olmalarından asılı olmayaraq terrorçuları məhv edəcəyik” - deyə nazirliyin məlumatında bildirilib.

Zərif Sofiyeva