- 14:37 | 15.07.2024
- Dünya
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorka işgüzar səfər edib.
E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ani Badalyan "X"də yazıb.
O qeyd edib ki, A.Mirzoyan 15-16 iyulda Nyu-Yorkda keçiriləcək və Dayanıqlı İnkişaf üzrə Yüksək Səviyyəli Siyasi Forumun nazirlər seqmentində iştirak edəcək.
"Səfər çərçivəsində ikitərəfli görüşlər və digər tədbirlər də planlaşdırılır", - məlumatda bildirilib.