- 15:47 | 15.07.2024
- Dünya
Nepalda iki avtobusun çaya düşməsi nəticəsində itkin düşən 11 nəfərin cəsədi çaydan çıxarılıb.
E-huquq.az xarici mətbuata istinadəön xəbər verir ki, bu barədə hökunt rəsmisi ima Nanda Bhusal məlumat verib.
Onun sözlərinə görə, meyitləri tapılan 11 nəfərdən 7-nin şəxsiyyəti müəyyən edilib və ailələrinə təhvil verilib.
Qeyd edək ki, Nepalın Çitvan bölgəsində iyulun 12-də baş vermiş iki ayrı yol qəzasında iki avtobusun çaya düşməsi nəticəsində 62 nəfər həlak olub. Həmin şəxslərin axtarışlarına baxşlanılıb.
Nepal Daxili İşlər Nazirliyi hava xəbərdarlığının verildiyi ərazilərdə gecə saatlarında sərnişin avtobuslarının hərəkətinin qadağan edildiyini açıqlayıb.
Şəbnəm Mehdizadə