- 16:26 | 15.07.2024
- Məhkəmə
Binəqədi Rayon Məhkəməsini ölümlə nəticlənən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən İlyas Paşayevə hökm oxunub.
E-huquq.az-ın məlumatına görə, hakim Fərid Əmirəliyevin sədrliyi ilə keçirilən prosesdə İ.Paşayev Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Təqsirləndirilən şəxs eyni zamanda 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilib.
Qeyd edək ki hadisə 2023-cü ilin noyabr ayının 16-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospektində qeydə alınıb. Belə ki, 1963-cü il təvəllüdlü İlyas Paşayev idarə etdiyi "Mitsubishi Airtrek" markalı avtomobillə "Röyal" şadlıq sarayının qarşısında yolu keçmək istəyən piyada, 55 yaşlı Aygün Həsənovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Şəbnəm Mehdizadə