- 00:25 | 16.07.2024
- Dünya
ABŞ-nin keçmiş prezidenti Donald Trampın prezidentlik müddəti başa çatdıqdan sonra onun Mar-a-Laqo iqamətgahında məxfi sənədləri qanunsuz saxlanılması ilə bağlı cinayət işi rədd edilib.
E-huquq.az-ın məlumatına görə, bu barədə Amerika KİV-ləri xəbər verib.
Məlumata əsasən, federal hakim Eylin Kennan qərarını belə əsaslandırıb ki, bu işi araşdırmaq üçün xüsusi prokurorun təyin edilməsi konstitusiyanı pozur, çünki konqresin iştirakı olmadan həyata keçirilib.
"Belə görünür ki, icra hakimiyyətləri getdikcə daha çox xüsusi prokurorlar təyin edir. Bu, ciddi hüquqi nəzarət olmadan, təsadüfi şəkildə həyata keçirilir", - deyə hakim qeyd edib.