Bakıda ticarət mərkəzində baş verən yanğın söndürüldü -

Bakıda ticarət mərkəzində baş verən yanğın söndürülüb.

Bu barədə e-huquq.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində yerləşən obyektdə baş vermiş yanğın geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, küçəsində obyektdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Nazirlikdən e-huquq.az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.