Türkiyədə yaşayış evindən 7 maşın zibil çıxarılıb

Türkiyənin Sinop şəhərində bələdiyyə işçiləri yaşayış evindən təxminən 7 maşın zibil çıxarıb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, sakinlər Sinopun Boyabat rayonunda yerləşən 3 mərtəbəli fərdi yaşayış evindən gələn pis qoxulardan şikayətləniblər.
Ünvana bələdiyyə əməkdaşları göndərilib.

Əməkdaşlar evdən xeyli miqdarda tullantı çıxararaq mənzildə təmizlik və dezinfeksiya işləri aparıb.

Şəbnəm Mehdizadə