"Azəriqaz" rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək

SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin Şəmkir rayonunda vətəndaş qəbulu keçiriləcək.

E-huquq.az quruma istinadən xəbər verir ki, 11 oktyabr saat 12:00-da Gənclər Evində (Heydər Əliyev prospekti 60) baş tutacaq görüş zamanı Şəmkir və Gədəbəy rayonlarından olan sakinlərin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz" İB-nin fəaliyyəti ilə bağlı olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Şəmkir Regional qaz istismarı İdarəsinə (tel: 050-845-77-11; 050-845-77-00) müraciət edə bilərlər.