- 09 oktyabr 15:26
- Dünya
Türkiyənin paytaxtı Ankarada qeyri-qanuni yollarla ölkəyə daxil olan 34 miqrant tutulub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Rayon Polis Şöbəsinin qrupları Beypazarı rayonunun müxtəlif məhəllələrində yaşadıqları müəyyən edilən əcnəbi vətəndaşlarla bağlı yoxlama aparıb.
Əməliyyat zamanı Suriya vətəndaşı olan 34 nəfər yaxalanıb və onların ölkəyə qeyri-qanuni yollarla daxil olduqları müəyyən edilib.
Qanunsuz miqrantlar aidiyyəti üzrə təhvil verilib.
Şəbnəm Mehdizadə