- 15 oktyabr 11:59
- Məhkəmə
Bakıda həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Elməddin İsmayılovun cinayət işi üzrə ilk baxış iclası başlayıb.
E-huquq.az-ın verdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror Orxan Kəngərli ittiham aktını elan edib.
İttiham aktına görə, Elməddin İsmayılov kirayə qaldığı evdə qaynının arvadı Firəngiz Rəsulovanın gözü qarşısında Xatın İsmayılovanın boğazını kəsmək istəyib. Ancaq Firəngiz Rəsulovanın müdaxiləsi nəticəsində niyyətinə nail ola bilməyib və Xatın İsmayılovaya 9 bıçaq zərbəsi vurub.
Təqsirləndirilən şəxs hadisəni törədən zaman özündə olmadığını deyib.
Məhkəmə prosesi oktyabr ayının 29-na kimi təxirə salınıb.
Qeyd edək ki, hadisə bu ilin iyununda paytaxtın Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü İsmayılova Xatın Ehtiram qızı həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb. O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.
Elməddin İsmayılovq qarşı Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu