Məzmuna keç

Prezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli- Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında iştirak etdi

Prezident İlham Əliyev Qızılhacılı-Goranboy-Goran-Rəhimli- Veyisli-Qazanbulaq-Borsunlu yolunun açılışında iştirak etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Goranboy rayonuna səfəri çərçivəsində Qızılhacılı-Goranboy-Goran-Rəhimli-Veyisli-Qazanbulaq-Borsunlu avtomobil yolunun yenidənqurmadan və bərpadan sonra açılışında iştirak edib.

E-huquq.az-ın xəbərinə görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.