Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bir neçə güclü partlayış səsi eşidilib.
E-huquq.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmır.
“Al-Jazeera” telekanalının bundan əvvəl verdiyi məlumata görə, ölkənin Mülki Müdafiə Xidməti paytaxt Ər-Riyadın sakinləri üçün “potensial təhlükə” barədə xəbərdarlıq elan etmişdi. Sakinlərin qrup şəklində toplaşmaması və təhlükəsiz yerlərdə daldalanmaları tövsiyə olunmuşdu.
