Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Ağstafa Aqrar Sənaye Kompleksinin açılışında iştirak edib.
E-huquq.az xəbər verir ki, kompleksin Müşahidə Şurasının sədri Rəsul Orucov dövlət başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.
Prezident İlham Əliyev komplekslə tanış olub.
Sonra dövlət başçısı müəssisənin kollektivi ilə görüşüb.
