Məzmuna keç

“Az-Granata” şirkəti Beynəlxalq Françayzinq Forumunda iştirak edir – FOTOLAR

“Az-Granata” şirkəti Beynəlxalq Françayzinq Forumunda iştirak edir - FOTOLAR

“Az-Granata” şirkəti Beynəlxalq Françayzinq Forumunda iştirak edir.

E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”da “Caspian Franchise” – Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçirilir.

Franşiza sahiblərini,sərmayəçilər və sahibkarları, iri xoldinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirir. “Caspian Franchise”nin məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.

Forumda şirə və şərab istehsalçısı olan “Az-Granata” şirkətinin satış və ictimai işlər üzrə menecerləri şirkətin stendində “Az-Granata” firma mağazalarının artırılmasına yönəlik təklifləri forum ziyarətçilərinə bildirir. Forumda “Az-Granata” şirkətinin premium şirə və şərablarının dequstasiyası da təşkil edilib.