Məzmuna keç

Bakı metrosunda tibbi maska satan şəxs saxlanıldı

Bakı metrosunda tibbi maska satan şəxs saxlanıldı

"Martın 3-də metronun “İnşaatçılar” stansiyasından “20 Yanvar” istiqamətində hərəkətdə olan qatarın içində qoruyucu maska satışı ilə məşğul olan şəxs tərəfimizdən müəyyən olunaraq saxlanılıb".

Bunu e-huquq.az-a Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

Onun sözlərinə görə, Abşeron rayon sakini 1969-cü il təvəllüdlü M.Kamalov metropolitendə polis şöbəsinə gətirilib.

Onun barəsində İnzibati Xətəlar Məcəlləsinin 454-cü maddəsinin tələblərinə əsasən inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati tənbeh tədbiri tətbiq olunub.